Səudiyyə Ərəbistanının aparıcı təhsil ocaqlarının rəhbərləri Azərbaycana dəvət edilib

Səudiyyə Ərəbistanının aparıcı təhsil ocaqlarının rəhbərləri Azərbaycana dəvət edilib

Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev və icraçı dekan Fariz İsmailzadə Səudiyyə Ərəbistanın aparıcı təhsil ocaqları ilə əməkdaşlığı müzakirə etmək üçün bu ölkəyə səfər ediblər.


ADA-dan SİA-ya verilən xəbərə görə, iki gün davam etmiş səfər çərçivəsində Paşayev Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru Abdulkərim Həmid Əl-Dekhayel, ölkənin ən böyük universiteti - Səudiyyə Krallığı Univesitetinin rektoru Abdulla bin Abdul Rəhman Əl-Otaman, Şah Fəysalın adını daşıyan Araşdırma və İslam Tədqiqatı Mərkəzinin rəhbəri, Böyük Britaniyada sabiq səfir Şahzadə Türki Əl-Fəysal və paytaxt Əl-Riyadın meri Şahzadə Səlman Əl-Səudla görüşüb.


Görüşlər zamanı Paşayev rəhbərlik etdiyi qurumun Səudiyyə Ərəbistanının təhsil ocaqları ilə diplomatiya, beynəlxalq münasibətlər, Yaxın Şərq və İslam dini ilə bağlı araşdırmalar, müəllim və tələbə mübadiləsi aparılmasında, birgə treyninqlərin keçirilməsində əmakdaşlığa açıq olduqlarını qeyd edib.

Paşayev və Diplomatik Araşdırmalar İnstitutunun baş direktoru Abdulkərim Həmid Əl-Dekhayel anlaşma memorandumu da imzalayıblar.


Səfir Paşayev Səudiyyə Ərəbistanının aparıcı təhsil ocaqlarının rəhbərlərini Azərbaycana səfərə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня