Türkcə yetərlik imtahani davam edir

Yunus Emre İnstitutu tərəfindən həyata keçirilən Türkcə Yetərlik İmtahanının (TYS) qeydiyyatları davam edir. Türkcə Yetərlik İmtahanı (TYS) Türk dilini xarici dil və ya ana dil kimi öyrənən şəxslərin dil biliklərinin müəyyənləşdirilməsi üçün Yunus Emre İnstitutu tərəfindən həyata keçirilən, bütün dil bacarıqlarını ölçən və beynəlxalq miqyasda tətbiq olunan bir imtahandır. Türkcə Yetərlik İmtahanı türkcə dil biliklərinizi ölçən və sənədləşdirən bir imtahandır.

Türkcə Yetərlik İmtahanında müvəffəqiyyətli olduğunuz təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad ola bilər, bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə bilər və akademik karyera məqsədiniz üçün istifadə edə bilərsiniz. Beynəlxalq standartlara uyğun olaraq hazırlanan Türkcə Yetərlik İmtahanı "Oxuma, Dinləmə, Yazma və Danışma (müstəqil və qarşılıqlı söhbət)" mərhələlərindən ibarətdir. Oxuma, dinləmə, yazma və danışma bacarığının ölçüldüyü imtahanda müvəffəqiyyət əldə edən namizədlərə Türkcə Yeterlik Sertifikatı verilir.

Türkcə Yetərlik İmtahanı 3 seansda keçirilir.

1-ci sessiyada namizədlər; oxuma və dinləmə,

2-ci sessiyada yazma;

3-cü sessiyada isə müstəqil danışma və qarşılıqlı danışma suallarına cavab verirlər.

Türkcə Yetərlik İmtahanının müddəti; oxuma 60, dinləmə 45, yazma 60, müstəqil danışma 5, qarşılıqlı danışma 10 olmaqla toplam 180 dəqiqədir.

TYS İmtahan tarihi: 29 May 2021

Son qeydiyyat tarixi: 30 Aprel 2021

Qeydiyyat linki: https://sinav.yee.org.tr/login

İmtahanın web saytı: https://tys.yee.org.tr/

Əlavə məlumat üçün: Tel: 0124403105

Whatsapp: 0512977677

E-posta: baku@yee.org.tr

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə