Nazir şagirdi "Təşəkkürnamə" ilə təltif etdi

Nazir şagirdi "Təşəkkürnamə" ilə təltif etdi

İçərisində 5 min manat pul olan pulqabını taparaq sahibinə qaytaran Tovuz rayonun məktəblisi Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edilib. SİA-nın məlumatına görə, nazirliyin sektor müdiri Cəsarət Valehov bildirib ki, Tovuz rayonu Əyyublu kənd tam orta məktəbinin VIII sinif şagirdi İdris Abbasovu təhsil naziri Ceyhun Bayramov örnək davranışına görə Təhsil Nazirliyinin "Təşəkkürnamə"si ilə təltif edib, planşet və kitablar hədiyyə edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə