MDB-nin humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının I Forumu öz işinə başlayıb

MDB-nin humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının I Forumu öz işinə başlayıb
Bu gün Bakı Dövlət Universitetində (BDU) Müstəqil Dövlətlər Birliyinin (MDB) humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının I Forumu öz işinə başlayıb. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, forumda 8 ölkədən 30-a yaxın nümayəndə iştirak edir. O bildirib ki, bu gün forumun Koordinasiya Şurasının iclası keçirilir. Sabah isə bu forum davam etdiriləcək və müxtəlif məruzələr dinləniləcək. Onun sözlərinə görə, forumun keçirilməsində məqsəd postsovet məkanında humanitar təhsillə bağlı ümumi konsepsiyanı müəyyənləşdirməkdir.

"Dünəndən Azərbaycanda səfərdə olan qonaqlar ölkənin 8 universitetində olublar. Onlar Azərbaycanda təhsil sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıblar. Qonaqlar bugün müvafiq universitetlərin fakültə və kafedralar, hətta bəzi orta məktəblərlə tanış olacaqlar", - deyə o əlavə edib.

Tədbirin davamında müxtəlif mövzular ətrafında müzakirələr davam etdirilib. Forum sabah da öz işini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə