Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin təhsil müəssisələrində qeydiyyatı avqustun 31-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən SİA-ya verilən məlumata görə, abituriyentlər 31 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
30 avqust saat 10:00-a olan məlumata əsasən, qəbul olan abituriyentlərdən 76 faizi artıq qeydiyyatdan keçib.
Xatırladaq ki, qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB