Nazir müavini: "Əsas məqsəd səriştəli təhsil verənlərin hazırlanmasıdır"
"Bu gün qarşıya qoyulan əsas məqsədlərdən biri səriştəli təhsil verənlərin hazırlanmasıdır". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun hesabat tədbirində çıxış edərkən deyib.
2014-cü ildən başlayaraq, müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlanıldığını deyən nazir müavini söyləyib ki, həmin ildə qiymətləndirmədən keçən müəllimlərin sayı 30, 2015-ci ildə 60 minə çatıb: "Diaqnostik qiymətləndirmə 2016-cı ildə 26 bölgəni əhatə etdi və nəticədə qiymətləndirmədən keçən müəllimlərin sayı 100 minə nəfərə çatıb. Ümumiyyətlə, diaqnostik qiymətləndirmə ixtisasartrıma təhsilinin müxtəlif modullar əsasında yeni formada ortaya qoyulması labüdlüyünü yaradıb".
C.Bayramov qeyd edib ki, qiymətləndirməyə uyğun ixtisas artırmanın keçirilməsinə ehtiyac var.
Siniflərdə inkişafedici tədris mühitinin yaradılmasında müəyyən boşluqların olduğunu vurğulayan nazir müavini bu sahəyə diqqətin artırılmasının vacibliyini qeyd edib.
Nazir müavini əlavə edib ki, 2017- ci ildə ali təhsil sistemində yeni peşə standarlarının tətbiqinə başlanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB