Təhsil Nazirliyi kadr hazırlığı layihəsini təqdim etdi TƏDBİR-FOTOLAR
Bu gün Təhsil Nazirliyinin 5 nömrəli Bakı Peşə Liseyində xidmət sahələrinə kadr hazırlığı layihəsinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə layihə təqdimatında təhsil naziri Mikayıl Cabbarov, nazirliyin digər əməkdaşları və xidmət sektorunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. Təqdimat mərasimində məlumat verilib ki, layihənin icrası ilə bağlı Təhsil Nazirliyi ilə "Absheron Hotel Group" MMC arasında razılaşma bağlanıb. Belə ki, Peşə Liseyində ekspertlər tərəfindən 430 şagirdə beynəlxalq standartlara uyğun təlimlər keçiriləcək. Məqsəd isə ölkəmizdə keçiriləcək I Avropa Oyunları ərəfəsində Bakıda istifadəyə veriləcək beş ulduzlu "Bulvar Hotel" və "İnturist Hotel" mehmanxanaları üçün peşəkar kadr ehtiyatı yaratmaqdır.
Təqdimat mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov sözügedən sahədə ilk olaraq bu cür təlim layihəsinin həyata keçirildiyini tədbir iştirakçılarının diqqətinə çatdıraraq bildirib ki, layihə turizm-xidmət sahəsinin kadrlarla təmin olunmasına böyük töhvə verəcək: "Təlimlərdən keçən gənclər mehmanxanalarda, o cümlədən "Absheron Hotel Group" MMC-nin tərkibinə daxil olan digər restoranlar şəbəkəsində işləmək imkanı qazanacaqlar. Peşə təhsili bütün təhsil sistemində mühüm rola malikdir və onun inkişafı üçün qarşıda bir çox mühüm vəzifələr dayanır. Bu gün ölkəmiz sürətlə inkişaf edir. Ancaq biz görürük ki, iqtisadiyyatın bəzi sahələri üçün yerli əmək bazarında mütəxəssislər tapmaq mümkün olmur. Həmin sahələr üzrə xarici ölkələrdən peşəkarları dəvət edirik və bununla da ölkədə müvafiq sahələri xarici işçi qüvvəsi tutur. Bütün bu və ya digər məsələlər peşə təhsilinin qarşısında imkan, fürsət və çağırışdır. Peşə təhsilinin gələcəyi işəgötürənlərlə sıx əlaqədən asılıdır.
Nazir eyni zamanda peşə liseylərinin ölkənin müxtəlif istiqamətlərdəki kadr potensialının artmasında da önəmli rol oynadığını bildirib. Onun sözlərinə görə, məhz bu istiqamətdə görülən işlər turizm, iaşə və s. sahələrin inkişadına öz töhfəsini verir. Bu baxımdan, Təhsil Nazirliyi peşə liseylərinin fəaliyyətlərinə xüsusi önəm verir və müasir standartlara cavab verən yeni kompleks tədbirləri reallaşdırır".
Daha sonra "Absheron Hotel Group" MMC-nin direktoru Mark Harald Ehler çıxış edərək bildirib ki, I Avropa Oyunları ərəfəsində ölkəmizə çoxsaylı qonaqların gələcək: "Biz buna yüksək səviyyədə hazır olmalıyıq. Biz eyni zamanda xidmət sahələrinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı kadrların peşəkarlıq səviyəsinin artırılmasını da əsas istiqamət kimi hədəfə almışıq".
Rəsmi hissədən sonra tədbir iştirakçıları təlim prosesini izləyiblər.
"Müasir Azərbaycan Peşəkarları" layihəsi çərçivəsində yeni yaradılan mühafizəçi kurslarının təlim otaqları ilə tanışlıqdan sonra isə "Eldar studio" şirkəti ilə birgə tədris olunan bərabərlik ixtisası üzrə təlim prosesi izlənilib.



İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB