Təhsil Nazirliyi mükafatlandırdı

Təhsil Nazirliyi mükafatlandırdı

Bu gün Təhsil Nazirliyinin təşəbbüsü ilə elan olunmuş uşaq yaradıcılıq mərkəzləri arasında keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd istedadlı uşaq və gəncləri üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirməkdir: "Həmçinin müsabiqə nəticəsində məktəbliləri yaradıcılıq dərnəklərinə daha geniş cəlb etmək, uşaq yaradıcılıq mərkəzləri arasında təcrübə mübadiləsini təşkil etmək olur".

Müsabiqədə 3 nominasiya - dekorativ tətbiqi sənət, dizayn və floristika – nəbatat aləmi üzrə 20 növdə, rayon-şəhər və Respublika mərhələləri olmaqla 2 mərhələdə keçirilib.

Rayon və şəhər mərhələsində 3 mindən yuxarı məktəbli iştirak edib. Elan olunmuş müsabiqəyə 500-ə yaxın əl işləri tədim edilib. Nəticədə 60 qalib müəyyənləşdirilib ki, bunlardan da Respublika mərhələsində I, II və III yerləri tutan dərnək üzvləri Təhsil Nazirliyinin diplomu və hədiyyələrilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə