Paytaxt məktəblərini 20 şagird qızıl medalla bitirib

Bu il paytaxt məktəblərini 20 şagird qızıl medalla bitirib. Bu barədə SİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib.

O bildirib ki, onların hər biri bu ilk dəfə olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən buraxılış imtahanında yüksək nəticə göstərib.

Onun sözlərinə görə, məzunların hər birinin attestat qiyçətlərinin imtahan nəticələri və TQDK-nın keçirdiyi buraxılış imtahanlarındakı nəticələri "5" olduğundan onlar qızıl medala layiq görülüb: "Ötən illə müqayisədə bu say bir qədər artıb. Belə ki, ötən il paytaxt məktəblərini 18 şagird qızıl və gümüş medalla bitirib".

Bütün xəbərlər Facebook səhifəmizdə