Azərbaycan Diplomatik Akademiyası Afrika və Asiya Diplomatları üçün kurslar təşkil olunub - FOTOSESSIYA
İlk dəfə olaraq Afrika və Asiyadan gəlmiş diplomatlar Azərbaycan Diplomatik Akademiyasının (ADA) \"Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi\" proqramı üzrə 10 günlük kursda iştirak edirlər. ADA-dan SİA-ya verilən xəbərə görə, dərslərin ilk günündə diplomatlar qarşısında çıxış edən xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev ölkənin son iyirmi ildə keçdiyi tarixi yoldan, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunması, son dövrlərin iqtisadi nailiyyətlərindən söz açıb. Paşayev ölkəmizdə olduqları müddət ərzində qonaqların dərslərlə yanaşı, Bakı və ətraf regionlara səfər edəcəkləri, Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış ola biləcəklərini qeyd etdi.
Təlimə Haiti, Mali, Samoa, Banqladeş, Kambodja, Nepal, Myanmar, Malayziya kimi ölkələrdən, əsasən birinci və ikinci katib vəzifəsini daşıyan 14 diplomat qatılıb.
Azərbaycanda olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləcəyəklər. Diplomatlar üçün Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər deyəcəklər. Eyni zamanda, diplomatlar üçün Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı xüsusi təqdimat da keçiriləcək.
Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Quba, Qobustan, Bibiheybət məscidi, Səngəçal terminalı və digər mədəniyyət ocaqları və muzеylərini ziyarət edəcəklər.
Qeyd edək ki, iyun ayının 15-25, ADA 14 Latın Amerika və Karib adaları diplomatları üçün də \"Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi\" kursu keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB