Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının müəllimi tarix üzrə fəlsəfə doktoru Zərifə Nəzirli ABŞ Dövlət departamenti və Beynəlxalq Təhsil İnstitutunun birgə həyata keçirdiyi “Fulbright” Proqramının 2026-cı il üçün qalibi olub.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, BDU-dan AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində Zərifə Nəzirli 2026-cı il avqustun 17-dən 2027-ci il yanvarın 5-dək ABŞ-nin Nyu-York Universitetinin Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər istiqamətində elmi tədqiqat aparmaq imkanı qazanıb.
Dəvət məktubuna əsasən, proqram müddətində Zərifə Nəzirli Qlobal Əlaqələr Mərkəzində beynəlxalq təhlükəsizlik və qlobal məsələlər sahəsində tanınmış alimlər Vahequru Pal Singh Sidhu və Tomas Hillin elmi rəhbərliyi altında tədqiqat fəaliyyətini həyata keçirəcək. Bununla yanaşı, proqram çərçivəsində Nyu-York Universitetinin kitabxana və digər akademik resurslarından istifadə etmək, elmi konfrans və seminarlarda iştirak etmək, həmçinin müvafiq ixtisas fənləri üzrə dərslərə dinləyici qismində qatılmaq imkanı əldə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB