Emin Əmrullayev səudiyyəli həmkarı ilə müzakirələr aparıb

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində dünən bu ölkənin təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb. SİA xəbər verir ki, bu barədə E.Əmrullayev "X"dəki hesabında məlumat yayıb.

Görüş çərçivəsində iki ölkə arasında ali və peşə təhsili sahələrində əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə