Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Şəkidə vətəndaşlarla görüşəcək
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova fevralın 6-da Şəki şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.
Agentlikdən SİA-ya bildirilib ki, qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ sakinləri iştirak edə bilərlər.
Qeyd edilən şəhər və rayonların sakinləri Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng edərək və ya portal.edu.az vasitəsilə elektron formada müraciət edərək qəbula yazıla bilərlər.
Qəbulda iştirak etmək istəyənlər fevralın 4-ü saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB