“Dərsliklərin rəqəmsallaşdırılması müasir təhsil sisteminin inkişafı baxımından ümumilikdə müsbət və zəruri bir proses kimi dəyərləndirilir. Bu yanaşma şagirdlərin tədris vəsaitlərinə daha operativ və rahat çıxışını təmin edir”. Bu sözləri SİA -ya açıqlamasında təhsil üzrə ekspert Elçin Murad bildirib.
Onun sözlərinə görə, ənənəvi formada şagirdlər bəzən lazımi dərsliyi hansı kitabxanadan və ya mağazadan əldə edəcəyini bilmədiyindən vaxt itkisi ilə üzləşir, müxtəlif ünvanları gəzərək axtarış aparmalı olur:
”Rəqəmsal dərsliklər isə bu problemi aradan qaldıraraq, şagirdlərin vaxtını daha səmərəli şəkildə dərs hazırlığına və əlavə biliklərin əldə edilməsinə yönəltməsinə imkan yaradır.
Bununla yanaşı, dərsliklərin rəqəmsallaşdırılması müəyyən çatışmazlıqları da gündəmə gətirir. Xüsusilə ucqar və regionlarda internet infrastrukturunun zəif olduğu ərazilərdə şagirdlər rəqəmsal dərs vəsaitlərindən istədikləri səviyyədə istifadə edə bilmirlər. Bu isə təhsildə bərabər imkanlar prinsipinə müəyyən risklər yaradır.
Digər tərəfdən, rəqəmsallaşdırılmış vəsaitlərdən effektiv istifadə üçün orta məktəblərdə müvafiq texniki şəraitin , kompüter otaqlarının, stabil internet bağlantısının və nəzarətli istifadə mexanizmlərinin yaradılması zəruridir.
Telefon və digər fərdi cihazların əlçatanlığı isə bəzən təlim prosesinə mənfi təsir göstərə bilər. Bu səbəbdən şagirdlərin rəqəmsal resurslardan daha məqsədyönlü istifadə etməsi üçün məktəblərdə lazımi nəzarət və alternativ imkanlar təmin edilməlidir. Kompüter otaqlarının lazımi səviyyədə təchiz olunması şagirdlərin boş vaxtlarında təhsil yönümlü fəaliyyətlə məşğul olmasına şərait yaradar.
Dərsliklərin rəqəmsallaşdırılması düzgün infrastruktur və idarəetmə mexanizmləri ilə müşayiət olunduğu təqdirdə, təhsilin keyfiyyətinə mühüm töhfə verə və şagirdlərin biliklərə çıxış imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB