Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 9-da və 15-də keçiriləcək - DİM
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla martın 9-da və 15-də keçiriləcək.
SİA xəbər verir ki, zonalara aid olan şəhər və rayonlar haqqında məlumatla buradan tanış ola bilərsiniz. Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb. İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
Peşə liseylərinin məzunları liseyin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər (Sumqayıt və Abşeronda yerləşən peşə liseylərinin məzunları martın 9-da imtahan verəcəklər).
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB