Milli Məclisdə xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsi təklif olunub
Milli Məclisdə xaricdə təhsil almış məzunlarla əlaqədar dinləmənin keçirilməsi təklif olunub.
SİA xəbər verir ki, bunu Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, artıq xaricdə təhsillə bağlı dövlət proqramının həyata keçirilməsindən 10 ildən çox vaxt keçir:
"Artıq minlərlə gənc xaricdə təhsil alaraq ölkəyə qayıdıb və onların harada işləməsi, hansı sektorlarda fəaliyyət göstərməsi, ölkənin inkişafına necə töhfə verməsi ciddi təhlil olunmalıdır. Bu proqramlara böyük maliyyə vəsaiti ayrılır və həmin vəsaitin səmərəliliyi də cəmiyyət üçün açıq şəkildə izah olunmalıdır".
Deputatın fikrincə, bəzi universitetlərdəki bir sıra ixtisaslar bazarın tələblərinə uyğun gəlmir:
"Texnologiyalar, ətraf mühit dəyişir. Yeni qlobal tendensiyalar var. Biz nə qədər sürətlə bu tendensiyalara uyğunlaşa bilirik və nə qədər sürətlə yeni ixtisaslar aça bilirik? Bəlkə hansısa sahələrdə universitetlərə muxtariyyət vermək olar ki, onlar daha çevik formada ixtisaslar aça bilsinlər. Düşünürəm ki, bu məsələni Elm və Təhsil Nazirliyi ilə birgə müzakirə etməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB