Distant təhsilin effektivliyi texnoloji təminat və resurslarla birbaşa bağlıdır - DEPUTAT DANIŞDI
“Distant təhsil prosesi həm müsbət, həm də mənfi tərəfləri ilə diqqət çəkir. Onun əsas üstünlüklərindən biri vaxt və məsafə qənaətidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, tələbələr və müəllimlər fiziki məkan məhdudiyyətindən azad olaraq dərslərə qoşula bilirlər, bu isə təhsil xərclərinin optimallaşdırılmasına və səyin azalmasına imkan yaradır:
”Beləliklə, distant təhsil həm zaman, həm də maliyyə baxımından əhəmiyyətli üstünlüklər təqdim edir. Lakin bu modelin effektivliyi texnoloji infrastrukturla birbaşa bağlıdır. Təhsilin keyfiyyətli həyata keçirilməsi üçün yüksək səviyyəli texnologiya və texnika tələb olunur. Kompüter, planşet, proqram təminatı və digər rəqəmsal vasitələrin müasir standartlara cavab verməsi tədris prosesinin səmərəli olmasını təmin edir.
Əks halda, texnologiyanın və internet bağlantısının kifayət qədər inkişaf etməməsi müxtəlif çətinliklərin yaranmasına səbəb olur. Əsas problemlər arasında dərslərin fasilələrlə keçirilməsi, tədris materiallarına çıxışın məhdudlaşması və tələbələrin motivasiyasının zəifləməsi yer alır. Bu, distant təhsilin potensial üstünlüklərini məhdudlaşdırır.
Buna görə də distant təhsilin tətbiqini qiymətləndirərkən texnoloji təminat məsələsi prioritet kimi götürülməlidir. Maliyyə imkanlarının yetərli olması, texniki avadanlıqların modernləşdirilməsi və internet infrastrukturunun gücləndirilməsi tədris prosesinin keyfiyyətini artırır.
Distant təhsil müasir təhsil sistemində vacib rol oynayır və onun uğuru texnoloji təminat və maliyyə resursları ilə sıx bağlıdır. Bu səbəbdən distant təhsilin tətbiqi zamanı həm üstünlüklər, həm də mümkün çətinliklər nəzərə alınmalıdır”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB