Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən 2025–2026-cı tədris ili üzrə dual peşə təhsili proqramının aralıq monitorinqinə start verilib.
Agentlikdən SİA-ya bildirilib ki, monitorinqin əsas məqsədi proqramın cari icra vəziyyətinin qiymətləndirilməsi, tədris prosesində iştirak edən tərəflərin - tələbələrin, peşə təhsili müəssisələrinin və işəgötürənlərin rəy və təkliflərinin toplanılması, həmçinin proqramın daha effektiv icrası üçün zəruri ehtiyac və boşluqların vaxtında müəyyən edilməsidir.
Monitorinq prosesi onlayn sorğular və yerində görüşlər vasitəsilə həyata keçirilir. Bu yanaşma dual təhsil proqramının həm məzmun, həm də texniki icra aspektlərinin əhatəli şəkildə təhlilinə imkan yaradır.
Aralıq monitorinq çərçivəsində Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrində bir sıra ixtisaslar üzrə tələbələr, müəllim və usta heyəti ilə birbaşa görüşlər təşkil edilib. Eyni zamanda, tələbələrin istehsalat təcrübəsi keçdiyi müəssisələrdə özəl sektor nümayəndələri ilə monitorinq görüşləri keçirilib.
Monitorinq tədbirləri Bakı şəhəri ilə yanaşı, regionlarda yerləşən peşə təhsili müəssisələrini də əhatə edəcək. Dual peşə təhsili proqramı üzrə yekun monitorinqin tədris ilinin sonunda həyata keçirilməsi və nəticələrin ümumiləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 2025–2026-cı tədris ilində dual peşə təhsili proqramına 1704 nəfər qəbul olunub. Proqram cari tədris ilində 27 peşə təhsil müəssisəsində, 39 ixtisas üzrə, 150-dən çox işəgötürənin iştirakı ilə icra olunur. Qəbul olunanlardan 1019 nəfəri kişi, 658 nəfəri isə qadındır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB