UNEC-in Analitik Bülleteni təqdim olunub: Süni intellekt, gələcəyin təhsili və qlobal trendlər
UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu tərəfindən İnformasiya-Analitik Bülleten hazırlanaraq elmi ictimaiyyətə təqdim olunub.
Elektron bülleten elmi-pedaqoji heyət, magistr və doktorantlar, eləcə də yerli və xarici ekspertlər üçün nəzərdə tutulmuş etibarlı analitik platformadır. Burada ölkədə və dünyada baş verən, eləcə də yaxın gələcəkdə gözlənilən strateji dəyişikliklər elmi yanaşma əsasında təhlil olunub, mühüm iqtisadi və sosial proseslərə aydın və əsaslandırılmış baxış təqdim edilib.
Bu dəfəki buraxılış müasir dövrün əsas gündəmini formalaşdıran mövzulara fokuslanıb. Süni intellekt və ChatGPT-nin ali təhsildə rolu, məhsuldarlığı artıran yeni rəqəmsal alətlər, data elminin gələcək inkişaf istiqamətləri, generativ süni intellektin təhsil sisteminə təsiri bülletenin əsas mövzuları sırasındadır.
Oxucular eyni zamanda demoqrafik trendlər, şəhər trafikinin qlobal reytinqləri, Azərbaycanda yaşayış xərcləri, elmdə buraxılmış səhvlərin texnoloji inkişaflara necə təsir göstərməsi kimi mövzular üzrə analitik materiallarla tanış ola bilərlər.
Bülletendə Azərbaycan elminin görkəmli siması, akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş geniş məqalə də yer alıb. Məqalədə alimin elmi irsi və Azərbaycan elminə verdiyi töhfələr müasir kontekstdə təqdim olunur.
UNEC İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun İnformasiya-Analitik Bülleteni aktual elmi yanaşmalar əsasında formalaşdırılmış dərin təhlillərlə oxucular üçün dəyərli istinad mənbəyi kimi çıxış edir.
https://unec.edu.az/application/uploads/2025/12/Bulleten-N2_2025-1-1.pdf
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB