Dövlət İmtahan Mərkəzi (DİM) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə birgə dekabrın 21-də vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Mərkəzdən SİA-ya bildirilib ki, imtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahan keçirilən binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.
İmtahanların idarə olunmasına 10 ümumi imtahan rəhbəri, 28 imtahan rəhbəri, 221 nəzarətçi və 30 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.
Dekabrın 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahanın nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB