Universitetimiz fəaliyyətinə görə ölkənin aparıcı ali təhsil ocaqlarından biridir

"Bizim universitet, həqiqətən də, digər universitetlərdən fərqlənir. Burada müəllim heyəti, tələbələrə təqdim olunan imkanlar və ümumi təhsil mühiti özəl və fərqli rol oynayır". SİA-nın verdiyi məlumata görə, bu sözləri tədbir zamanı universitetin fəal tələbəsi Əli Rüstəmzadə deyib.

Onun sözlərinə görə, müəllimlərimiz çox bilikli, dəstəkverici və anlayışlı insanlardır: "Onların hər birinə təşəkkürümü bildirirəm. 4 il ərzində memarlıq, interyer dizaynı və digər sahələr üzrə bizə həm nəzəri, həm də praktiki biliklər veriblər, bizi bu sahədə formalaşdırıblar. Qazandığım nailiyyətlərə və uğurlara görə ilk növbədə Memarlıq və İnşaat Universitetinin müəllim heyətinə, xüsusilə də Daxili mühitin dizaynı kafedrasının müəllimi Nərgiz Ağayevaya təşəkkürümü bildirirəm. O, bizə memarlığı və interyer dizaynını sevdirməyi bacardı.

Əlbəttə ki, magistr təhsilimi də məhz bu universitetdə davam etdirməyi planlaşdırıram. Çünki universitetimiz fəaliyyətinə, nailiyyətlərinə və peşəkar heyətinə görə ölkənin aparıcı ali təhsil ocaqlarından biridir. Bu səbəbdən seçimim yenə də Memarlıq və İnşaat Universiteti olacaq.

Bu münasibətlə universitetin bütün müəllimlərini və tələbələrini ürəkdən təbrik edirəm".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə