"Mən tarixin əhəmiyyətinə inanıram. Tarix öz gücü ilə gələcək nəsillərə ötürülür. Bu baxımdan da, xüsusilə Memarlıq və İnşaat Universitetinin 105 illik dərin köklərə malik bir çinar olduğunu görürük". SİA-nın verdiyi məlumata görə bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi zamanı keçirilən tədbirdə Qazi Universitetinin rektoru, Uğur Ünal deyib.
Onun sözlərinə görə, biz tarixi məhz belə izah edirik: kökü anlatarkən “böyük çinar” deyirik: "Çox dərin kökləri olan bir çinar. Bu gün Türkiyədən də üç böyük, köklü universitet buradadır. Bir qədər sonra onlar da çıxış edəcəklər. Doğrudan da görürük ki, rəsmi olaraq 50 illiyini qeyd etdiyimiz bu universitet təkcə təhsildə deyil, eyni zamanda elmi tədqiqatlarda və inkişaf proseslərində, Azərbaycanın bütün bu sahələrində möhtəşəm və köklü bir rol oynamışdır. Öz təcrübəsi ilə, xüsusilə həmkarım professor Gülçöhrə xanımın böyük dəstəyi sayəsində gələcək nəsillərə dəyərli bir irs miras qoymuşdur.
Bu baxımdan biz də hər zaman qardaş Azərbaycanın yanında olaraq, xüsusilə bu gün 50 illiyini qeyd etdiyimiz İnşaat Universitetinin, Memarlıq Universitetinin daim yanında olduğumuzu ifadə edirik. Bayramınız mübarək olsun!
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB