“Universitetin 50 illiyi və Azərbaycan inşaat təhsilinin 105 illiyi qeyd olunur”

"Bu, bizim böyük bayramımızdır. Mən burada olan məzunlarımızı, tələbələrimizi bu böyük bayram münasibətilə ürəkdən təbrik edirəm. Və onlara bundan sonra universitetimizin fəaliyyətində, şəxsi həyatlarında böyük uğurlar arzulayıram". SİA-nın verdiyi məlumata görə bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illik yubileyi zamanı baş tutan tədbirdə çıxışı zamanı universitetin rektoru Gülçöhrə Məmmədova deyib.

Onun sözlərinə görə, bu gözəl günün universitetimizin 50 illiyinə və Azərbaycan inşaat təhsilinin 105 illiyinə həsr olunmasından dolayı hər birinizi ürəkdən təbrik edirəm. Universitetimizin bayramında bizimlə bir yerdə iştirak etdiyinizə görə təşəkkür edirəm.

1920-ci ildə xalqın böyük siyasi xadimi Nəriman Nərimanovun imzaladığı 20 noyabr tarixli sərəncamla Bakıda Politexnik Universitetin yaradılması və onun tərkibində inşaat mühəndisliyi ixtisası üzrə kadr hazırlığının başlanması uzun illər ərzində formalaşmış bir zərurətdən irəli gəlirdi.

Həmin tarixi hadisədən artıq 105 il ötür. 1930-cu ildə Politeknik İnstitutunun adı dəyişdirilərək Azərbaycan Memarlıq İnstitutu adlandırılmışdır. İnstitutun əsas bölmələrindən biri olan inşaat bölməsində 4 şöbə, memarlıq, yol, liman və hidrotexnika şöbələri fəaliyyət göstərirdi.

1932-ci ildə institutun inşaat fakültəsinin bazasında müstəqil Azərbaycan Memarlıq və İnşaat Universiteti yaradılmışdır. Lakin sonradan bu yenidən birləşdirilmiş, daha sonra yenidən Azərbaycan Memarlıq və İnşaat Universiteti yaradılmışdır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə