"AzMİU-nun yaradılmasının 50 illik yubileyi münasibətilə tədbir keçirilir" -YENİLƏNİR -FOTOLAR
Bu gün Gülüstan Sarayında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) yaradılmasının 50 illik yubileyi münasibətilə təntənəli rəsmi tədbir keçiriləcək. SİA-nın verdiyi məlumata görə, bu əlamətdar tarix təkcə bir ali təhsil müəssisəsinin yarım əsrlik fəaliyyət yolu deyil, eyni zamanda Azərbaycanda memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin inkişafı və dövlətçilik ənənələrinin təhsildə təcəssümünün mühüm göstəricisidir. AzMİU ötən 50 il ərzində minlərlə yüksək ixtisaslı mühəndis, memar və dizayner yetişdirərək ölkənin sosial-iqtisadi inkişafına, şəhərsalma və infrastruktur layihələrinin həyata keçirilməsinə sanballı töhfələr vermişdir.
Yubiley tədbirində dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, universitetin professor-müəllim heyətinin və məzunlarının iştirak edirlər. Tədbir çərçivəsində AzMİU-nun zəngin tarixi irsi, elmi-pedaqoji nailiyyətləri və gələcək inkişaf strategiyasını əks etdirən təqdimatlar, həmçinin rəsmi çıxışlar baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB