Coğrafiya İnstitutu illik hesabatı təqdim edib

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun elm və innovasiya fəaliyyəti haqqında illik hesabatı təqdim olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, əvvəlcə AMEA Yer Elmləri Bölməsinin Elmi şurası sədrinin müavini akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra Coğrafiya İnstitutunun direktor vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru dosent Zaur İmrani təhsil ocağının fəaliyyəti haqqında hesabatı təqdim edib, görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycanın iqlim xəritələrinin hazırlanması və iqlim ehtiyatlarının müəyyən olunması ilə əlaqədar İşçi Qrupu yaradılıb: “İşçi Qrup tərəfindən ölkə ərazisində istilik mövsümünün başlanması, bitməsi və davamiyyəti ilə bağlı cədvəllər və xəritələr tərtib edilib. Böyük Qayıdış Proqramı ilə əlaqədar Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modeli hazırlanıb. 3D modellər ərazinin coğrafi quruluşunu daha realistik təqdim etməklə yanaşı, ekoloji tədqiqatlarda, landşaft planlaşdırılmasında, turizm marşrutlarının təyinində və tədris prosesində geniş istifadə olunur”.

Sonra Z.İmrani 2025-ci ildə elmi-tədqiqat işləri planlarının yerinə yetirilməsi və alınmış mühüm nəticələrdən söz açıb.

İclasda hesabat ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb və təkliflər dinlənilib

Bütün xəbərlər Facebook səhifəmizdə