Builki keçid ballarının artması yüksək prestijli ixtisaslarda ola bilər -MƏLEYKƏ ABBASZADƏ

Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq. SİA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, eləcə də ixtisasa müraciət edənlərin sayı da, keçid balına təsir edən məsələdir: “Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək. Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir".

Bütün xəbərlər Facebook səhifəmizdə