Buraxılış imtahanından xaric edildilər - AÇIQLANDI

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır. Bu barədə SİA-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Bütün xəbərlər Facebook səhifəmizdə