“Karyera sərgisində universitet öz məzunlarını istehsalat müəssisələrinə təqdim edir. İstehsalat müəssisələrinin vakant yerlərlə bağlı məlumatları bizim universitetlərdə tələbə və məzunlarımıza birbaşa olaraq çatdırılır. Karyera sərgilərinin böyük əhəmiyyəti var, bunu istehsalat və universitet birgə keçirir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib.
Onun sözlərinə görə, sərginin keçirilməsində əsas məqsəd istehsalata layiq məzun hazırlamaqdır: “Bu il də kifayət qədər istehsalat müəssisəsi karyera sərgisində iştirak edir. Müxtəlif ixtisaslar üzrə universiteti bitərən məzunların işlə təmin olunması ilə bağlı konkret statistika mövcuddur. Bu statistikaya nəzər salsaq görərik ki, inşaat sahəsini bitirənlərin öz ixtisasi üzrə işə qəbulu daha yüksək faiz təşkil edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB