UNEC-in 10 tələbəsi Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu oldu

UNEC-in 10 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramını uğurla bitirərək, məzun oldu. 3-cü kursu Montpellier Universitetində oxuyan tələbələr, 4-cü kursdan təhsillərini UNEC-də davam edəcəklər. Tələbələr məzun olduqda UNEC-lə yanaşı, Montpellier Universitetinin diplomunu da əldə etmiş olacaqlar.

Beləliklə, UNEC ilə Montpellier Universitetinin ikili diplom proqramınının məzunlarının sayı 78 nəfər (2 nəfər əcnəbi tələbə olmaqla) oldu.

2023/2024-cü tədris ilində isə 15 nəfər UNEC tələbəsinin həmin proqramda iştirak etməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2016/2017-ci tədris ilindən başlayaraq, UNEC-in “Dünya iqtisadiyyatı”, “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat” və “Biznesin idarə olunması” ixtisasları üzrə təhsil alan tələbələri Montpellier Universitetinin “Beynəlxalq menecment və biznes” ixtisası üzrə bakalavr diplomunu əldə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə