"Sosial şəbəkələrdə qaydaları pozmaq üçün çağırışlar var" - DİM RƏSMİSİ DANIŞDI

"İmtahan zalına abituriyentləri yerləşdirəndə çalışırıq ki, bir zalda bir-birini tanıyan abituriyentlər, müəllimlər olmasın. Amma görürük ki, sosial şəbəkələrdə müəyyən çağırışlar var". SİA xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, eyni zala düşənlər bir-biri ilə tanış olmağa başlayır: "Bir-birlərinə kömək etmək istəyirlər. Təbii ki, biz sosial şəbəkələrdə onlara mane törətmirik. Amma mülayim rejimdən sərt rejimə keçidi həmin o qaydaları pozmaq istəyən şəxslər yaradır. Onlar qanun pozuntusuna yol verirlər. Abituriyentlər qaydaları pozmamalıdır. Çünki bu onların nəticələrinə mənfi təsir göstərəcək.

Təbii ki biz istəmərik ki, imtahana gələnlər üçün gərgin hal yaşadaq. Amma imtahan verənlərin yoxlanması həmişə olub və davam edəcək. Əgər yoxlanış zamanı uşaqlarla kobud davranış olursa, konkret şəkildə hansı binada olduğu bizə dəqiq məlumat verilsin. Biz də bu halları araşdıraq".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə