"Bizə irad tutanlar gərək vəsaitlərlə yaxşı tanış olardılar" - DİM RƏSMİSİ BİLDİRİB

"Bu il imtahanda istifadə olunan “Telekinez” lə bağlı mətn daha çox müzakirələrə səbəb olub. Halbuki həmin mətnin həcmi əvvəlcədən verilən imtahan modelindəki mətnlə, həmçinin daha əvvəl imtahanlarda istifadə olunan mətnlərin həcmi ilə eynidir". SİA xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransında bildirib.

O qeyd edib ki, səsləndirilən fikirlərdə mətnin məzmununun da 11-ci sinif şagirdləri üçün çətin olduğu bildirilir: “4-cü sinif Azərbaycan dili metodik vəsaitinə baxın. Görün telekinez haqqında nə qədər məlumat var. Təəssüf ki, insanlar 4-cü sinifdə verilən mövzuların 11-ci sinif şagirdi üçün çətinlik yaratdığını iddia edirlər. Ancaq builki məzunlar 2015-2016-cı tədris ilində həmin dərsi keçiblər və tanış olmalı idilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə