“Ənənəvi dərslikləri heç bir vasitə əvəz edə bilməz“ - EKSPERT DANIŞDI

“Ənənəvi dərslikləri heç bir vasitə əvəz edə bilməz“ - EKSPERT DANIŞDI

“Ənənəvi dərslikləri heç bir vasitə əvəz edə bilməz. Amma texnoloji vasitələr də çox mühüm tədris aləti olaraq, istifadə olunur. Düşünürəm ki, həm ənənəvi, həm də texnoloji vasitələr tədrisdə tətbiq olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov bildirib.
Onun sözlərinə görə, bütövlükdə isə dərsliklərin çıxarılıb, yalnız texnoloji vasitələrin tədrisə gətirilməsini düzgün qəbul etmirəm: “Bu sahə üzrə məhz konkret mütəxəssislər də öz sözlərini deməlidirlər. Hər iki tədris vasitəsindən birgə istifadə edilərək, tədrisi daha maraqlı və rəngarəng etmək mümkündür”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə