UNEC ilə İsrailin Sapir Akademik Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb

UNEC ilə İsrailin Sapir Akademik Kolleci arasında əməkdaşlıq müqaviləsi imzalanıb

UNEC ilə İsrailin ən böyük dövlət kolleci olan Sapir Akademik Kolleci arasında əməkdaşlıq müqaviləsi
imzalanıb. UNEC rektoru professor Ədalət Muradov və Sapir Akademik Kollecinin rektoru professor Nir
Kedar arasında imzalanan müqavilə təhsil, eləcə də sahibkarlıq və innovasiyalar sahəsində əməkdaşlığı
ehtiva edir.

Müqaviləyə əsasən, hər iki ali təhsil müəssisəsi tərəfindən təhsil sahəsində birgə elmi-tədqiqat təcrübəsi
və araşdırmaların aparılması, birgə təhsil (bakalavr, magistratura və doktorantura) proqramlarının təşkili,
tələbə və müəllim mübadiləsi, kurikulumun beynəlmiləlləşdirilməsi, virtual mübadilələrin inkişafı,
sahibkarlıq və innovasiya, sosial təsir və s. təlimlər nəzərdə tutulub.

Sahibkarlıq və innovasiyalar sahəsində isə birgə innovasiya laboratoriyasının və akselerator
proqramlarının yaradılması, innovativ proqramların hazırlanmasında strateji məsləhətlərin və ehtiyacların
təhlili, müəllim və tələbələr üçün sahibkarlıq və innovasiya seminarlarının, eləcə də sahibkarlar üçün
mentorluq proqramlarının təşkili, İsrail və Azərbaycan üçün maraqlı olan birgə hakatonların keçirilməsi
və digər sahələrdə əməkdaşlıq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə