Rusiya Hesablama Palatasının rəhbəri Aleksey Kudrin 2022-ci ilin yekunlarına görə, Rusiyanın ÜDM-i 2,9-3,3 faiz diapazonunda ola biləcəyini proqnozlaşdırır.
"Həqiqətən də vəziyyət düşündüyümüzdən də yaxşılaşır. Rusiyaya qarşı tətbiq edilən misli görünməmiş sanksiya rejimi təbii ki, bizim iqtisadiyyatımıza təsir edir və ilkin olaraq ÜDM-in 7 faizdən çox azalacağı proqnozlaşdırılırdı. Ancaq indi düşünürəm ki, eniş cəmi 2,9-3,3 faiz olacaq”.
Qeyd edək ki, Kudrin bu fikirləri Rusiya televiziyalardan birinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, Rusiya iqtisadiyyatının çevikliyinin göstəricisidir, əksər şirkətlər satış bazarları baxımından öz istiqamətlərini də dəyişdirə biliblər.
Hesablama Palatasının rəhbəri əlavə edib ki, ÜDM-in azalması yükünün müəyyən hissəsi 2023-cü ilə keçəcək. Beləliklə, İqtisadi İnkişaf Nazirliyinin proqnozuna görə, 2023-cü ildə iqtisadiyyat daha 0,8 faiz kiçilə bilər.
Maraqlıdır ki, Kudrin dediklərinə əminlik də ifadə edərək, “bu, real hesablamadır”-deyə bildirir.
“Ümumiyyətlə, ÜDM-in iki illik azalmasından sonra yeni çətin hadisələr baş verməsə, bərpa etmək və böhrandan əvvəlki səviyyəyə qayıtmaq üçün bizə iki və ya üç il lazım olacaq”, - bunları deyən Kudrin, yaxın üç ildə “Rusiyanın çətin günlər keçirəcəyindən narahat olmaq olmaz”, çünki ölkənin büdcə kəsirini ödəmək üçün resursları var-deyə əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB