İqtisadi narahatlıqlar Nyu-York birjasını vurdu

Nyu-York birjası yüksək inflyasiya fonunda artan faizlərin iqtisadiyyatı tənəzzülə sürükləyəcəyi ilə bağlı narahatlıqlar səbəbi ilə günü ucuzlaşma ilə bağlayıb. SİA xəbər verir ki, bağlanışda "Dow Jones" indeksi 300 bənddən çox ucuzlaşaraq 1,15 faiz azalaraq 29 926,94 bənd təşkil edib. S&P 500 indeksi 1,03 faiz azalaraq 3 744,40 bənd, "Nasdaq" indeksi isə 0,68 faiz azalaraq 11 073,31 bənd olub.

Bu gün açıqlanan məlumatlara görə, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı oktyabrın 1-də bitən həftədə əvvəlki həftə ilə müqayisədə 29 min artaraq 219 minə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə