Ölkəmizdə ərzaq təhlükəsizliyinə qarşı necə mübarizə aparılır? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

Ölkəmizdə ərzaq təhlükəsizliyinə qarşı necə mübarizə aparılır? - İQTİSADÇI-EKSPERT AÇIQLADI

“Azərbaycan ərzaq təhlükəsizliyini formalaşdıran və dəstəkləyən ölkələrdən biridir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsi fonunda dünyada müşahidə edilən ərzaq qıtlığı və ərzaq məhsullarının qiymətinin artması ölkələrdə ərzaq təhlükəsizliyinə yeni baxışın ortaya qoyulmasına gətirib çıxardır”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı-ekspertin sözlərinə görə, Azərbaycan bir tərəfdən ərzaq ehtiyatlarını artırmaqla ərzaq təhlükəsizliyinin formalaşmasına dəstək olur, digər tərfədən yerli istehsalın genişləndirilməsi eyni zamanda ərzaq məhsullarının qiymətlərindəki artımların tənzimlənməsi məqsədi daşıyır: “Çünki idxal inflyasiyası var və bu hal da təbii olaraq qiymət artımlarına təsir göstərir. Məqsəd ondan ibarətdir ki, məhz yerli istehsalın genişləndirilməsi və ehtiyatların artırılması yolu ilə xarici ölkələrdə müşahidə edilən qiymət artımlarının Azərbaycanın istehlak bazarına təsirlərini minimalaşdırmaq mümkün olsun. Bu konteksdə təbii ki, məhz Azərbaycan daxili ərzaq təhlükəsizliyinin formalaşmasına xüsusi diqqət ayırır və bu istiqamətdə sistemli işlər həyata keçirir. Təbii ki, ərzaq təhlükəsizliyinin əsas istiqamətlərindən biri ərzaq ehtiyatlarının genişləndirilməsi eyni zamanda ərzağın əl çatımlılığının artırılmasıdır. Ona görə də cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanda ərzaq təhlükəsizliyinin qorunması, o cümlədən istehlak bazarındakı tarazlığın saxlanılmasına xidmət edir. Bu xüsusən son aylar dünya iqtisadiyyatında müşahidə edilən resessiya və bir sıra ərzaq məhsullarının dünya bazarındakı qıtlığı fonunda Azərbaycanda istehlak bazarının qorunub saxlanılması məhz ərzaq təhlükəsizliyi istiqamətində aparılan siyasətin nəticəsi olaraq qiymətləndirilir”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə