Bu ilin avqust ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı iyul ayı ilə müqayisədə 7,6% artaraq 508 ədəd təşkil edib. SİA-nın Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, avqust ayı ərzində mərkəzə daxil olan sorğulardan 95,8%-nə baxılıb və təmin edilib.
Məlumata əsasən, avqustda Azərbaycan internet məkanında dövlət qurumlarına aid 9 domen və 12 yeni subdomen qeydiyyatdan keçib. Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 59 hesabat təqdim edilib.
Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3981 ədəd təşkil edib ki, bu da 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 41% çoxdur.
Qeyd olunan dövr ərzində ümumi sorğuların 94,8%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 337 hesabat təqdim edilib. Bu ilin ilk səkkiz ayında Azərbaycanın internet seqmentində 40 domen və 111 subdomen qeydiyyata alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB