Qazaxıstan neftini Transxəzərlə daşıyacaq

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikadan neft tədarükünün şaxələndirilməsinin vacibliyini bəyan edib. “Prioritet istiqamət Transxəzər marşrutudur. “KazMunayQaz”a onun həyata keçirilməsi üçün ən yaxşı variantı, o cümlədən Tengiz layihəsinin investorlarını cəlb etmək imkanını işləyib hazırlamağı tapşırıram”, – Qazaxıstan prezidentinin saytında deyilir.

Tokayev Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft kəmərlərinin ötürücülük qabiliyyətinin artırılması üçün tədbirlər görməyə göstəriş verib.

Aprel ayında Qazaxıstan hakimiyyətinin 2022-ci ildə neft hasilatını 2022-ci ildə 87,5 milyon tondan 85,7 milyon tona qədər azaltmağı planlaşdırdığı barədə məlumat yayılmışdı. Bunu ölkənin milli iqtisadiyyat naziri Alibek Kuantirov bildirib.

O qeyd edib ki, neftin qiyməti ilə bağlı proqnoz 60 dollardan 90 dollara yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə