Auditin nəticəsi Dövlət Xidmətinə xəbərdarlıq olmalıdır - QƏNİRƏ PAŞAYEVA
“Proqram qurtarıb, amma Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı 2013-cü ildən başlayan bu iş başa çatdırılmayıb”. SİA-nın verdiyi məlumata görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Onun sözlərinə görə, 2021-ci ildə 4528 abidədən 8,1 %-i pasportlaşdırılıb: “140 abidədən cəmi 3,1%-nin mühafizə zonaları təşkil edilib. Bu, ciddi çağırışdır. Dövlətin ayırdığı vəsaiti çox səmərəli xərcləmək, işlərə ciddi nəzarət etmək lazımdır. Bizim önümüzdə Heydər Əliyev Fondunun və Mehriban xanım Əliyevanın gördüyü içlər var. Bu işlər nümunə olmalıdır ki, bu sahədə əsaslı dönüş yaransın. Hesablama palatasını bu məsələyə nəzarətə çağırırıq.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində aparılan auditin nəticəsi olduqca narahatlıq yaradır: “Bu nəticələri biz müzakirə etdik. Hesab edirik ki, bu, qurumun fəaliyyətində əsaslı dönüş üçün xəbərdarlıq olmalıdır. Abidələrlə bağlı proqram başa çatıb, vəsait xərclənib. Məlum olub ki, Xidmət tərəfindən aparılan monitorinq tədbirləri zamanı abidələrin bir hissəsində bərpa işlərinə ehtiyac olduğu müəyyən edilib. Orta hesabla hər il 134 abidədə bərpa və konservasiya işləri aparılması nəzərdə tutulub. Amma 2020-2021-ci illərdə bu işə 40 milyon manat səviyyəsində ayrılan vəsaitin 77,3 %-i yalnız bir abidəni əhatə edib. Bu Xidmət tərəfindən abidələrin bərpası, konservasiyası işləri həyata keçirilmədiyi üçün yenidən sənədlərin hazırlanmasına ehtiyac var. Niyə əvvəl ayrılan 600 min manat vəsait boşa getdi?! Bu, ciddi araşdırılmalıdır. Bu pula 4-5 abidəni bərpa etmək olardı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB