CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 8-də 104,85 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,16 dollar/barel çoxdur.
Bu barədə SİA ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 102,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,17 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,25 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 100,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,15 dollar/barel çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB