Fevral ayında gündəlik 566,3 min barel xam neft hasil edilib

Fevral ayında gündəlik 566,3 min barel xam neft hasil edilib

2022-ci ilin fevral ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 684,1 min barrel olub. Energetika Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bunun 566,3 min barrelini xam neft, 117,8 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 24-cü iclasında qəbul edilmiş qərara əsasən Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin fevral ayında daha 7 min barrel artırılaraq 668 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 50 min barrel həcmində olması nəzərdə tutulurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə