Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Könüllü Hesabatı” tərtib edəcək - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Könüllü Hesabatı” tərtib edəcək - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sədri Anar Quliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərifin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə SİA-ya Komitədən bildirilib.

Məlumata görə, görüşdə BMT ilə Azərbaycan hökuməti arasında imzalanmış müxtəlif əməkdaşlıq sənədləri əsasında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə icrasının sürətləndirilməsi, habelə 11-ci məqsəd - “Dayanıqlı şəhərlər və icmalar” haqqında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, ərazi planlaşdırma sənədlərinin hazırlanması zamanı BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürülməklə şəhər və digər yaşayış məntəqələrinin açıqlığı, təhlükəsizliyi, davamlılığı və ekoloji dayanıqlılığı məsələlərinə xüsusi diqqət ayrılır.

Görüş zamanı BMT-nin Məskunlaşma Proqramı ilə DŞAK arasında “Yeni Şəhər Gündəliyi” sənədinin icrası üzrə Azərbaycan tərəfinin “Könüllü Hesabatı”nın tərtib edilməsi, milli şəhərsalma siyasətinin formalaşdırılması, müvafiq sahədə DİM-lərin lokallaşdırılması, birgə tədbirlərin təşkili və aidiyyəti sahələr üzrə kadr potensialının artırılması üzrə əməkdaşlığın dərinləşdirilməsinə qarşılıqlı maraq ifadə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə