Avropada qazın qiyməti 1100 dolları keçir

Avropada qazın qiyməti 1100 dolları keçir

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 100 ABŞ dollarından bir qədər yuxarı səviyyədə qərarlaşıb.

SİA-nın əldə etdiyi məlumata görə, 28 fevral tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) mart fyuçerslərinin qiyməti 1 133 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 5%-dən çoxdur.

Qeyd edək ki, gün ərzində Avropada qazın qiyməti 1 470 dollara kimi yüksəlib.

Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə