Kanada Rusiyadan neft idxalını qadağan etmək niyyətindədir

Kanada Rusiyadan neft idxalını qadağan etmək niyyətindədir

Kanada hakimiyyəti Ukraynadakı vəziyyət fonunda Rusiyadan neft idxalını qadağan etmək istəyir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı Kanadanın baş naziri Castin Trüdo deyib.

"Bu gün biz Rusiyadan bütün xam neft idxalını qadağan etmək niyyətimizi elan edirik", - deyə C.Trüdo bildirib.

Baş nazir qeyd edib ki, Kanada Rusiyadan çox az həcmdə neft idxal edir, lakin bu tədbir çox güclü siqnal olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə