Avropa Komissiyasının sabahkı növbədənkənar iclasında Ukrayna və Avropanın enerji sistemlərinin təcili şəkildə birləşdirilməsi müzakirə olunacaq.
SİA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Avropanın enerji komissiarı kadri Simson məlumat verib.
Komissar bildirib ki, iclasın gündəliyinə Ukraynanın enerji sisteminin Avropaya birləşdirilməsi və sinxronlaşdırılması salınıb. Bununla belə, iclasda Rusiyaya qarşı sanksiyalar da müzakirə edilə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB