Neft hasil edən ölkələrin iqtisadiyyatının qarşısında hansı risklər var? - İQTİSADÇI AÇIQLADI
"Neft hasil edən ölkələrin iqtisadiyyatın qarşısında hansı risklər var desək, bunun birmənalı bir cavabını tapa bilmərik". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldıniz Əmirov deyib.
Onun sözlərinə görə, çünki neft hasil edən ölkələr üçün risklər fərqli-fərqli ola bilər: "Məsələn ABŞ kimi neft hasil edən ölkənin iqtisadiyyatının qarşısında duran təhdidlərlə, risklərlə Rusiya kimi neft hasil edən ölkənin iqtisadiyyatının qarşısında duran təhdidlər, risklər eyni deyil. Ona görə də yalnız iqtisadiyyatı neftdən asılı olduğu təqdirdə neft hasil edən ölkələrin iqtisadiyyatında neftin qiymətinin aşağı düşməsi ciddi problemlərin yaranması ilə nəticələnir. Hər ölkənin ümumdaxili məhsulunun neçə faizini neft və neft məhsulları və onların satışında əldə olunmuş gəlir, büdcənin formalaşmasında neft faktorunun gəliri nə qədər olduğu kimi bir sıra amillər var və bu amillər bilavasitə həmin riski qiymətləndirir. Ona görə də ölkələr maksimum dərəcədə neft amilindən xilas olmağa çalışırlar. Norveç, ABŞ kimi neft ehtiyatı olan ölkələr var ki, faktiki neft amilindən heç bir asılılığı yoxdur. Amma əksər ölkələr hələ də neft amilinin asılılığından xilas ola bilmirlər. Ona görə də həmin ölkələrin iqtisadiyyatı həmişə risk altındadır".
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB