Azərbaycan ilə Avropa əməkdaşlığı hər iki tərəf üçün maraqlıdır - İQTİSADÇI AÇIQLADI

Azərbaycan ilə Avropa əməkdaşlığı hər iki tərəf üçün maraqlıdır - İQTİSADÇI AÇIQLADI

"Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantısının keçirilməsinin bir sıra əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya enerji nəqlinin şaxələnməsində, etibarlı partnyor kimi öhdəliklərinin icra edilməsində Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır: "Cənub Qaz Dəhlizi “Şahdəniz” qaz yatağından, "TANAP" boru xəttindən, "TAP" layihəsindən, Avropanın cənubundakı ölkələrin boru xəttindən ibarətdir. Bunlar Cənub Qaz Dəhlizinə şaxələnmiş şəkildə qoşulurlar. Burada nüans ondan ibarətdir ki, hazırda biz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya 7 milyard kub metr qaz ixrac edirik. Bunu 10 milyard kub metrə qaldıra bilərik.

Ümumiyyətlə Cənub Qaz Dəhlizində "TANAP"ın qaz ötürmə qabiliyyəti hazırda 26 milyarddır. Bu 30 milyarda qaldırıla bilər. "TAP"ın 10 milyarddır və 20 milyarda qədər artırıla bilər. Avropa Azərbaycandan razıdır və qaz ixracının daha da artırmasını istəyir. Azərbaycan da qaz satmağa maraqlıdır. Burada əsas məsələ boru xətlərini hazırki maksimal potensiala çatdırmaqdır. Bu sahədə Azərbaycan ilə Avropa əməkdaşlığı hər iki tərəf üçün maraqlıdır. İndiki kontekstdə Azərbaycanın bu istiqamətdə gücü və rolu daha da artır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə