Azərbaycan qeyri-neft məhsullarının ixracını 59% artırıb - FOTO
Bu ilin yanvar ayında Azərbaycanın ixracınn dəyəri 3,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə ötən ilin eyni dövrü ilə müqayisədə 59% çox - 232,2 milyon ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) bildirilib.
Ötən ay meyvə-tərəvəz məhsullarının ixrac dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 milyon ABŞ dolları artaraq 52,8 milyon ABŞ dolları təşkil edib.
Bundan başqa, son 1 ildə kimya sənayesi məhsullarının ixrac dəyəri 9,3 dəfə, pambıq lifinin ixrac dəyəri 56,4%, alüminium və ondan hazırlanan məmulatların ixrac dəyəri 56,5%, pambıq iplik ixracının dəyəri 34,5%, şəkər ixracının dəyəri 24,1%, qara metallar və onlardan hazırlanan məmulatların ixracının dəyəri isə 10,2% artıb.
Hesabat dövründə yeyinti məhsulları üzrə ixracın dəyəri 31% artaraq 60,2 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 71,9% artaraq 172 milyon ABŞ dolları təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB