Enerji böhranı yaşayan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü aylıq bazda rekord həddə çatıb.
Avropada enerji böhranı...

Enerji böhranı yaşayan Avropaya mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü aylıq bazda rekord həddə çataraq 28 yanvar tarixinə 405 milyon kubmetrə çatıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Qitəyə LNG tədarükü 2011-ci ildən bəri ən yüksək səviyyəni görüb.

"TASS" agentliyinin "Gas Infrastructure Europe" ticarət qrupuna əsaslandırdığı məlumatlara görə, yanvarın 28-nə 405 milyon kubmetr qazın çatdığı qitədə son 5 ilin orta göstəricisi ilə müqayisədə 110 faiz artım var.

Avropanın qaz anbarlarındakı LNG miqdarı son 5 ilin orta göstəricisi ilə müqayisədə 5 faiz artıb.
"Wall Street Journal" keçən həftənin əvvəlində ABŞ-dan Avropaya 20-dən çox LNG tankerinin getdiyini, 33-ün isə Aİ-yə getmək ehtimalının yüksək olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə