Mərkəzi Bank bu il Azərbaycanda gözlənilən inflyasiya səviyyəsini açıqladı
2022-ci ildə Azərbaycanda inflyasiya hədəf diapazonundan (2-6 faiz) yüksək, 6,6-7,5 faiz səviyyəsində gözlənilir.
SİA-nın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.
O bildirib ki, Mərkəzi Bank 2023-cü ildə illik inflyasiyanın hədəf diapazona yaxın olacağını proqnozlaşdırır.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanda inflyasiya 6,75 faiz təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə